Azərbaycan boksçusu Avropa birinciliyinə qələbə ilə başladı

22:57 - 4 Aprel 2024

Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyinə start verilib.

Sportal.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb.

60 kq çəkidə Məhəmmədəli Qasımzadə 1/16 final çərçivəsində Demurovi Levanla (Gürcüstan) qarşılaşıb. Hər 3 raund həmyerlimizin qələbəsi ilə yekunlaşıb – 5:0.

Qasımzadə növbəti görüşündə Cemmal Mohamed Ali Camellə (Fransa) üz-üzə gələcək. Döyüş aprelin 7-də olacaq.

Qeyd edək ki, yığmamız Avropa birinciliyinə 11 boksçu ilə yollanıb.

Xəbər xətti