Renat Dadaşov "Başakşehir"ə qol vurdu VİDEO

22:39 - 27 Aprel 2024

Türkiyə Super Liqasında 34-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” öz meydanında “Başakşehir"i qəbul edib. Qarşılaşma İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi başa çatıb.

Renat Dadaşov da bu görüşün iştirakçısı olub. 24 yaşlı forvard 70-ci dəqiqədə meydana daxil olub. O, komandasının yeganə qolunu vurub.

34 turdan sonra 33 xal toplayan "Hatayspor" turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Xəbər xətti