"Qalatasaray" MLS-dən futbolçu istəyir

15:34 - 21 May 2024

“Qalatasaray” heyətini İtaliya millisinin üzvü Federiko Bernardeski ilə gücləndirmək istəyir.

Sportal.az “Fanatik”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 30 yaşlı futbolçu üçün indidən hərəkətə keçib.

Türkiyə nəhənginin istəyinə mane olacaq bir məsələ var. Belə ki, “Toronto”da oynayan italiyalı Avropaya qayıtmaq istəmir.

“Qalatasaray” rəsmiləri Bernardeskini razı salmaq üçün müqavilə şərtlərini daha da yaxşılaşdırmağı planlaşdırır. Federiko 2022-ci il iyulun 15-də “Toronto”ya keçib və o, 2026-cı il dekabrın 31-nə qədər MLS klubuna məxsusdur.

Bu mövsüm Bernardeski "Toronto"da bütün yarışlarda 14 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Xəbər xətti