"Fənərbaxça" "Arsenal"dan 30 milyon tələb edir

09:44 - 22 May 2024

Türkiyə millisinin üzvü Ferdi Kadıoğlu İngiltərə Premyer Liqasının klublarının maraq dairəsindədir. 

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, "Arsenal" Ferdi üçün "Fənərbaxça"ya rəsmi təklif göndərib. 

London klubu türkiyəli üçün 20 milyon avro təklif edib. Lakin İstanbul klubu bu məbləğə futbolçusunu satmaq haqda düşünümr. 

"Fənərbaxça" Ferdiyə görə minimum 30 milyon avro tələb edir. Bu mövsüm 50 matçda meydana çıxmış 24 yaşlı futbolçu 3 qol vurub, 5 asist edib. 

Xəbər xətti