Azərbaycan klubunun legioneri: "Karyeramı harada davam etdirəcəyimi dəqiq bilmirəm"

19:21 - 22 May 2024

Bu mövsümün böyük hissəsini zədə səbəbindən buraxana “Turan Tovuz”un gürcü futbolçusu Piruzi Marakvelidze Sportal.az saytına açıqlama verib. O, “Turan Tovuz”un düşərgəsinə qayıdıb-qayıtmayacağı haqda bunu deyib: 

“Hələ ki, dəqiq heç nə bilmirəm. “Turan Tovuz”la müqaviləm bu mövsümün sonunda başa çatacaq. Ondan sonra baxacağıq. “Turan Tovuz”dan hələ ki, yeni müqavilə təklifi almamışam. Bəli, məncə də buna səbəb zədəli olmağım idi. Geri qayıtmağın bu qədər çox çəkməsinin səbəbi o idi ki, əməliyyat olunmalıydım. Ona görə də, geri qayıtmağım bu qədər uzun çəkəcəyi gözlənilirdi. Amma şükür Allaha indi özümü çox yaxşı hiss edirəm".

O, yeni mövsümdən Azərbaycana qayıdıb-qayıtmayacağı ilə bağlı isə bu cür danışıb: "Düzü, karyeramı harada davam etdirəcəyimi bu dəqiqə bilmirəm. Halbuki mənim Gürcüstan və digər ölkələrdən də təkliflərim az deyil. Zaman göstərəcək. Düşünürəm ki, “Turan Tovuz”un uğur qazanmasına bir çox amillər mane oldu. O cümlədən mövsüm boyu ona təsir edən zədələr. Bununla belə, “Turan Tovuz” Azərbaycan çempionatında güclü komandaya çevrilib və mən onlara hər zaman uğurlar arzulamaq istəyirəm".

Xəbər xətti