"Fənərbaxça" italiyalı mütəxəssislə danışıqlara başladı

11:34 - 22 May 2024

"Milan"ın baş məşqçisi Stefano Pioli mövsümün sonunda İtaliyanı tərk edəcək. 

Sportal.az "Sabah"a istinadən xəbər verir ki, italiyalı məşqçi "Fənərbaxça"nı çalışdırmağa yaxındır.

İstanbul klubunun rəhbərliyi Piolini yeni mövsüm üçün baş məşqçi postuna gətirmək niyyətindədir. 

"Milan" Piolinin rəhbərliyi altında 2021/2022 mövsümündə A Seriyasını qazanıb. 

Təcrübəli məşqçinin "Fənərbaxça"nın təklifinə hansı cavabı verəcəyi isə hələ ki, dəqiq deyil.

Xəbər xətti