Azərbaycan Kuboku: Final matçına bilet satışının tarixi bəlli oldu

12:18 - 22 May 2024

Azərbaycan Kubokunda final oyununun biletlərinin satış tarixi məlum olub.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, 2 iyun tarixində saat 20:00-da başlayacaq “Qarabağ” – “Zirə” qarşılaşmasının biletləri 25 maydan etibarən "Liv Bona Dea Arena" və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında satışda olacaq.

Biletlərin qiymətləri yerlərdən asılı olaraq 5, 10, 15 və 50 manatdır.

Xəbər xətti