"Slaviya"da oynamış futbolçu "Səbail"in maraq dairəsindədir

15:34 - 22 May 2024

"Turan Tovuz"un futbolçusu Fərid Nəbiyev Premyer Liqanın digər klublarının maraq dairəsindədir.

Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçinin xidmətində "Səbail" klubu da maraqlıdır.

Bakı klubu yayda Nəbiyevi heyətinə qatmaq istəyir. Onun bu komandanı tərk edib-etməyəcəyi isə mövsüm başa çatdıqdan sonra bəlli olacaq.

Lakin "Səbail" üçün Fəridi heyətinə qatmaq asan olmayacaq. Məsələ burasındadır ki, 24 yaşlı yarımmüdafiəçinin xidmətində digər klublarımız da maraqlıdır.

Xatırladaq ki, Nəbiyev yayda "Turan Tovuz"la bir illik müqavilə imzalamışdı. O, karyerası ərzində “Qəbələ”, “Slaviya” (Praqa), “Şevardeni” (Gürcüstan), “Viktoriya Jijkov” (Çexiya), "Kəpəz" klublarının formasını geyinib. 

Xəbər xətti