"Çelsi" "Barselona"dan müdafiəçi transfer etməyi planlaşdırır

11:34 - 24 May 2024

"Çelsi" "Barselona"nın müdafiəçisi Ronald Arauxonu heyətinə qatmağı planlaşdırır.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, "zadəganlar" uruqvaylı üçün "Barselona" ilə danışıqlara start verib. 

Kataloniya təmsilçisi futbolçusuna görə yüksək təzminat tələb edir. 

"Bavariya"nın da transfer siyahısında yer alan Arauxonun "Çelsi"yə keçməkdə maraqlı olduğu bildirilir.

2020-ci il oktyabrın 5-də Uruqvayın "Boston Rivers" klubundan "Barselona"ya keçən Ronald 2026-cı il iyunun 30-na qədər hazırkı klubuna məxsusdur.

Xəbər xətti