37 yaşlı hücumçu millidəki karyerasını başa vuracaq

09:49 - 24 May 2024

"Milan"ın hücumçusu Olivye Jiru millidəki karyerasına yekun vuracaq.

Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, 37 yaşlı hücumçu özü bu barədə açıqlama yayıb.

Mövsüm başa çatan kimi "Milan"dan ayrılaraq "Los-Anceles" klubuna keçəcək Jiru AVRO-2024-dən sonra millidə bir daha oynamayacaq.

2011-ci ildən Fransa yığmasında oynayan Olivye 131 matçda 57 qol vurub. 

Xəbər xətti