Biri qalır, o birisi isə... - "Qəbələ" dəyişikliklər ərəfəsində

17:53 - 24 May 2024

Premyer Liqada yerini itirən, gələn mövsümdən I Liqada mübarizə aparmalı olan "Qəbələ"də dəyişikliklər gözlənilir. Sportal.az-ın əldə etdiyi məlumata görə, yaxın günlərdə klubla bağlı vacib qərarlar veriləcək. 

Legionerlərin hamısı ilə yolların ayrılması planlaşdırılır. Artıq əksəriyyətinə bu barədə deyilib. Baş məşqçi Kaxaber Tsxadadzenin taleyinə isə hələ aydınlıq gəlməyib. Gürcü mütəxəssislə bağlı yekun qərar verilməyib. Onun qalması da mümkündür, getməsi də. Böyük ehtimalla, Tsxadadze özü də I Liqada işləmək istəməz. 

Uğursuzluqlar fonunda "Qəbələ"yə idman direktoru vəzifəsinə gətirilən Səbuhi Səfiyarlının isə klubda qalacağı dəqiqləşib. O, "Qəbələ"nin yenidən Premyer Liqaya qayıtması üçün çalışacaq. 

Xəbər xətti