"Sabah" ard-arda ikinci dəfə çempion oldu

21:47 - 24 May 2024

Bu gün Sərhədçi İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) final seriyasının 4-cü oyunu baş tutub.

Sportal.az xəbər verir ki, "Sabah" və "Xəzri" komandaları arasında final seriyasının 4-cü oyunu bərabər mübarizə şəraitində başlayıb. Daha sonra oyunun sonlarında üstünlüyü ələ keçirən "Sabah" yekunda 74-69 hesablı qələbə qazanıb.

Bu qələbə ilə final seriyasında ümumi hesabı 3-1 edən "Sabah" ard-arda ikinci dəfə Azərbaycan Basketbol Liqasında çempion olub.

Final seriyasının ən dəyərli oyunçusu (MVP) "Sabah" klubundan Şirzad Sirzadov seçilib

Xəbər xətti