Qvardiolaya 10 illik müqavilə təklif edəcəklər

13:35 - 25 May 2024

"Mançester Siti" rəhbərliyi baş məşqçi Pep Qvardiolanın uzun müddət komandada qalmasını istəyir.

Sportal.az xəbər verir ki, şəhərlilər" gələn il klubla müqaviləsi başa çatan ispan mütəxəssisi saxlamaq üçün fəaliyyətə başlayıb. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Premyer Liqa təmsilçisi 53 yaşlı məşqçiyə 10 illik müqavilə təklif edəcək.

Qeyd edək ki, Qvardiola 2016-cı ilin yayından "Mançester Siti"ni çalışdırır. Komanda onun rəhbərliyi altında 6 dəfə İngiltərə çempionu olub, 1 dəfə isə Çempionlar Liqasını qazanıb.

Xəbər xətti