Ramil Şeydayev Türkiyə klubundan ayrıla bilər

14:46 - 26 May 2024

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev yeni mövsümə fərqli klubda başlaya bilər.

Sportal.az saytına verilən məlumata görə, Şeydayevin “Kocaelispor”dan ayrılmaq şansı yüksəkdir. Onun Rusiyaya və Azərbaycana qayıtmaq variantları var. Hazırda Ramil Şeydayev Azərbaycan millisinin düşərgəsinə qoşulmaq üçün Bakıya gəlib. O, hətta Premyer Liqanın 36-cı turunun “Neftçi” – “Sabah” görüşünü izləyib. 

Məlumata görə, “Neftçi” Şeydayevi heyətinə qatmaqda israrlıdır. Ramil 2024-cü il yanvarın 17-də “Kocaelispor”a keçib və 2025-ci il iyunun 30-na qədər bu kluba məxsusdur.

28 yaşlı futbolçu "Zenit", "Rubin", "Trabzonspor", "Jilina", "Qarabağ", "Krılya Sovetov", "Dinamo"(Moskva), "Sabah", "Buriram Yunayted" klublarında oynayıb.

Xəbər xətti