İstanbul nəhəngləri "Yuventus"un futbolçusunu transfer etmək istəyir

17:50 - 27 May 2024

"Yuventus"un müdafiəçisi Aleks Sandro karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki. İstanbul nəhəngləri braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

"Beşiktaş" və "Fənərbaxça" yayda Turin təmsilçisi ilə müqaviləsi başa çatan və azad agent statusunda olacaq 33 yaşlı sol cinah müdafiəçisini heyətinə qatamağa çalışacaq. Braziliyanın "Santos" klubu da təcrübəli futbolçu ilə maraqlanır.

Qeyd edək ki, "Yuventus" Alkes Sandronu 2015-ci ilin yayında "Portu"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti