Kapitan "Səbail"dən ayrıldı

19:38 - 28 May 2024

"Səbail"də ilk ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, müdafiəçi Adil Nağıyev Bayıl təmsilçisini tərk edib. Kapitan bununla bağlı instaqram hesabında paylaşım edib:

"5 il formasını geyindiyim “Səbail”lə yolları ayırmaq qərarına gəldik. Üzərimdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Baş məşqçi, rəhbərlik, komanda yoldaşlarım, hər bir azarkeşə minnətdaram. Hər şey üçün təşəkkürlər. Hər zaman qəlbimdə olacaqsınız. Bir gün görüşmək ümidi ilə".

Qeyd edək ki, Adil Nağıyev 2019-cu ilin yayından "Səbail"də çıxış edirdi. 28 yaşlı mərkəz müdafiəçisi son mövsümdə komandanın heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti