"Qarabağ"ın futbolçusu Avro-2024-ün yekun heyətində yer aldı

10:17 - 9 İyun 2024

Gürcüstan milli komandasının Avropa çmpionatı üçün yekun heyəti müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Qarabağ"ın qapıçısı Luka Quqeşaşvilinin də adı 26 nəfərlik yekun heyətə daxil edilib.

Qapıçılar: Giorgi Mamardaşvili (“Valensiya”), Giorgi Loria (“Dinamo Tbilisi”), Luka Quqeşaşvili (“Qarabağ”)

Müdafiəçilər: Solomon Kverkvelia ("Əl-Uxdud"), Giorgi Qvelesiani ("Persepolis"), Quram Kaşia ("Slovan"), Cemal Tabidze ("Panetolikos"), Laşa Dvali (APOEL), Luka Loçoşvili ("Kremoneze"), Otar Kakabadze ("Krakoviya"), Georgi Qoçoleyşvili ("Şaxtyor" Donetsk)

Yarımmüdafiəçilər: Nika Kvekveskiri (“Lex”), Giorgi Çakvetadze (“Uotford”), Anzor Mekvabişvili (“Universitetya”), Qabriel Siqua (“Bazel”), Otar Kiteişvili (“Şturm”), Giorgi Koçoraşvili ("Levante"), Levan Şenqeliya ("Panetolikos"), Sandro Altunaşvili ("Volfsberq"), Saba Lobjanidze ("Atlanta"), Giorgi Tsitaişvili (Dinamo, Batumi)

Hücumçular: Jorj Mikutadze ("Metz"), Budu Zivzivadze ("Karlsrue"), Xviça Kvaratsxeliya ("Napoli"), Zuriko Davitaşvili ("Bordo"), Giorgi Kvilitaya (APOEL)

Qeyd edək ki, Gürcüstan yığma komandası Avro-2024-ün F qrupunda Portuqaliya, Türkiyə və Çexiya ilə mübarizə aparacaq.

Xəbər xətti