Millimiz Moldova ilə qarşılaşır

13:13 - 10 İyun 2024

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovada təşkil edilən yoldaşlıq turnirində bu gün sonuncu oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, millimiz meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Tiraspolun “Şerif” stadionunda tutacaq görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Qeyd edək ki, U-19 turnirin ilk iki matçında Qazaxıstan yığmasına 2:0 hesabı ilə qalib gəlib, Türkiyə millisinə 0:5 hesabı ilə məğlub olub.

Xəbər xətti