"Azərbaycanın qələbəsi məqsədəuyğun idi"

10:34 - 13 İyun 2024

Qazaxıstan milli komandasının veteran futbolçusu Bulat Esmaqambetov Macarıstanın Sombathe şəhərində Azərbaycan yığmasına yoldaşlıq görüşündə məğlub olmaqları barədə (2:3) danışıb.

Sportal.az “sports.kz” portalına istinadən xəbər verir ki, millinin keçmiş üzvü millimizin qələbəsini məqsədəuyğun hesab edib:

"Hər şey Qazaxıstan millisi üçün əla başladı. Komandamız iki şansdan yararlanaraq, özünü kifayət qədər rahat hiss etdi. Amma digər tərəfdən, hamı başa düşürdü ki, azərbaycanlılar təslim olmayacaq. Təəssüf ki, Qazaxıstan millisinin orta xətti matçı ən yaxşı şəkildə keçirə bilmədi. Komanda dayandı və Azərbaycan millisinin şansları yaranmağa başladı. Nominal ev sahibləri daha yaxşı hərəkət etdi, mübarizəyə daha yaxşı daxil oldular və birəbir mübarizələrdə qalib gəldilər. Məncə, Azərbaycanın qələbəsi məqsədəuyğun idi".
 

Xəbər xətti