"Əl-İttihad" ispanla danışıqlar aparır

21:24 - 15 İyun 2024

"Real"ın kapitanı Naço Fernandes yeni mövsümə Səudiyyə Ərəbistanında başlayacaq.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu "Əl-İtthad"la danışıq aparır.

Bu klub təcrübəli futbolçunu heyətinə qatmaqda israrlıdır.

Amma ərəblərlə maliyyə məsələlərində razılıq əldə olunmasa, Naço daha bir il "Real"da qalacaq. Naçonun "kral klubu" ilə müqavilə müddəti bu ayın sonunda başa çatacaq.

Xəbər xətti