FIFA reytinqi: Millimiz bir pillə irəlilədi

16:32 - 20 İyun 2024

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Sportal.az xəbər verir ki, iyun ayının reytinq cədvəlinə əsasən, Azərbaycan milli komandası 1 pillə irəliləyib. Millimiz 1179,88 xalla 111-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, millimiz iyun ayında iki yoldaşlıq oyunu keçirib. Yığma Albaniyaya 1:3 hesabı ilə məğlub olub, Qazaxıstanı isə 3:2 hesabı ilə məğlub edib.

Xəbər xətti