Türkiyə - Portuqaliya matçının hakimləri açıqlandı

17:13 - 20 İyun 2024

Avro-2024-ün qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək Türkiyə - Portuqaliya matçının hakimləri müəyyənləşib.

Sportal.az xəbər verir ki, görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Feliks Zvayer olacaq. Ona laynsmanlar Ştefan Lupp və Marko Axmüller kömək edəcək. Matçın VAR hakimi isə Bastian Dankert olacaq.

Qeyd edək ki, Türkiyə - Portuqaliya qarşılaşması 22 iyun tarixində Bakı vaxtilə saat 20:00-da start götürəcək.

Xəbər xətti