A Seriyasına yüksələn komandanın baş məşqçisi istefaya göndərildi

18:40 - 20 İyun 2024

İtaliya A Seriyasına yüksələn "Venesiya" klubunun rəhbərliyi baş məşqçi Paolo Vanoli ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, 51 yaşlı mütəxəssislə yollar ayrılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliyalı məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Paolo Vanoli 2022-ci ilin noyabr ayından "Venesiya"nı çalışdırırdı. Komanda bu mövsüm onun rəhbərliyi altında A Seriyasına vəsiqə qazanıb.

Xəbər xətti