UEFA "Şimal"ın oyunlarına hakim təyinatlarını açıqladı

16:14 - 27 İyun 2024

Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edəcək “Şimal” komandasının ilkin mərhələnin B qrupunda Gürcüstanın “Football School Bridge” və İsveçin “Qothenburq” kollektivləri ilə keçirəcəyi oyunların hakimlər briqadası açıqlanıb.

Sportal.az xəbər verir, UEFA “Football School Bridge” ilə görüşə monteneqrolu, “Qothenburq”la matça isə moldovalı baş hakimi təyin edib. Qrup mərhələsinin bütün qarşılaşmaları Gürcüstanda təşkil olunacaq.

 “Football School Bridge” – “Şimal”

28 iyun. Saat 19:00

Baş hakim: Miloş Boşkoviç (Monteneqro)

Baş hakimin köməkçiləri: Nikola Raduloviç (Monteneqro), Benas Kikutis (Litva)

Dördüncü hakim: Robertas Valikonis (Litva)

 “Şimal” – “Qothenburq”

1 iyul. Saat 19:00

Baş hakim: Dumitri Muntean (Moldova)

Baş hakimin köməkçiləri: Denis Oala (Moldova), Nikola Raduloviç (Monteneqro)

Dördüncü hakim: Miloş Boşkoviç (Monteneqro)

Xəbər xətti