"Şimal" İsveç klubu ilə heç-heçə etdi

22:53 - 1 İyul 2024

“Şimal” klubu UEFA Regionlar Kubokunda ikinci oyununu keçirib.

Sportal.az xəbər verir ki, AFFA Region Liqasının son qalibi Gürcüstanın Kutaisi şəhərində təşkil edilən ilkin mərhələnin B qrupu çərçivəsində İsveçin “Qothenburq” komandası ilə qarşılaşıb. Kutaisi Futbol Akademiyasının meydançasında baş tutan matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Təmsilçimizin heyətində qolları 44-cü dəqiqədə Kazbek Qafarov və 58-ci dəqiqədə Şahlar Sadiyev vurublar.

Qeyd edək ki, “Şimal” UEFA Regionlar Kubokundakı ilk oyununda Gürcüstanın “Football School Bridge” klubuna 0:5 hesabı ilə məğlub olub.

Xəbər xətti