Fernandu Santuş Qəbələ şəhər stadionu ilə tanış oldu

16:34 - 3 İyul 2024

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş bu gün Qəbələ şəhərində olub.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Qəbələ şəhər stadionunun infrastrukturu ilə tanış olub.

Baş məşqçiyə stadion və məşq meydançalarının hazırkı durumu, orada yaradılan şəraitlə bağlı məlumat verilib.

Xəbər xətti