Bu gün cüdo üzrə Azərbaycan millisinin lideri Hidayət Heydərov (73kq) Paris-2024-də tatamiyə çıxıb.
Sportal.az xəbər verir ki, Heydərov 1/8 finalda Tohar Butbulu (İsrail) məğlub edib.
Onun 1/4 finaldakı rəqibi Kanadanı təmsil edən Artur Margelidondur.
Qeyd edək ki, Heydərov ilk dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir.
Azərbaycan cüdoçuları Olimpiadaya 9 lisenziya qazanıblar. Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) startda məğlub olublar.
saytlarin hazirlanmasi