Azərbaycanın boksçusu Məhəmməd Abdullayev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.
Sportal.az xəbər verir ki, 92 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Almaniyadan olan Nelvi Raman Tiafakla üz-üzə gəlib. Görüş Abdullayevin məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, Məhəmməd Abdullayev Paris olimpiadasının açılış mərasimində Azərabycanın bayraqdarı olub.
saytlarin hazirlanmasi