Paris-2024: Azərbaycan cüdoçusu ağır zədə aldı

17:33 - 31 İyul 2024

Azərbaycan Cüdo Federasiyası Paris-2024-də zədə alan Elcan Hacıyevin son durumunu açıqlayıb.

Sportal.az xəbər verir ki, ilkin müayinələr Elcanın çiynində sınıq olduğunu göstərir. MRT-dən sonra onun vəziyyəti ilə bağlı daha ətraflı məlumat veriləcək.

Hacıyev Olimpiya Oyunlarının 1/8 raundunda fransalı rəqibi Maksim-Qael Hambu ilə mübarizə apararkən zədə alıb. Hacıyev məğlub olub və mübarizəni dayandırıb.

Xəbər xətti