Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, Bakı vaxtilə saat 16:00-da start götürən mərasimdə Azərbaycan təmsilçiləri "Sabah" və "Zirə"nin də potensial rəqibləri müəyyənləşib.
"Zirə" "Osiyek"i keçsə, pley-off mərhələsində "Omoniya" - "Fehervar" cütünün qalibi ilə qarşılaşacaq. "Sabah" isə "Sent-Patriks"i mübarizədən kənarlaşdıra bilsə, “Saburtalo” (Gürcüstan) – “Başakşəhər” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin görüşləri 22-də və 29-da keçiriləcək.
saytlarin hazirlanmasi