"Osiyek"in baş məşqçisi: "Bəxtimiz gətirmədi"

23:37 - 15 Avqust 2024

"Osiyek" Konfrans Liqası III təsnifat mərhələsinin cavab görüşünün penaltilər seriyasında "Zirə"yə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Sportal.az xəbər verir ki, Xorvatiya təmsilçisinin baş məşqçisi Federiko Koppitelli oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu matçdakı uğursuz nəticəni nə ilə əlaqələndirirsiz?

- "Zirə" çox yaxşı komandadır. Onlar Avropa Liqasından bura gəlmişdilər. Birinci səbəb budur. İlk oyunda son dəqiqədə buraxdığımız qol mövzudan kənar idi. Hesabda 2:1 irəlidə olanda, komandamız bir az sadəlövh oynadı. Ona görə rəqib mərhələ keçdi. 

- Dünən demişdiz ki, komandanız penaltilər seriyasına hazırdır, amma cəmi bir qol vura bildiz...

- Nə deyim? Beş penaltidən cəmi birini vurduq. Bizim bəxtimiz gətirmədi. Zədəlilərimiz var idi. Transfer pəncərəsində də kifayət qədər oyunçu ala bilmədik.

- Azərbaycan klubuna məğlubiyyət Xorvatiyada sizə qarşı tənqidləri artıra bilər?

- Ölkəyə görə müqayisə etmək istəməzdim. "Zirə" çox yaxşı komandadır. Çox yaxşı çıxış etdilər.

- Müdafiədən hücuma keçməkdə çətinlik çəkirdiz. Sizcə, bunun səbəbi nə idi?

- 15-16 oyunçumuz var. Hər bir futbolçuya təşəkkür edirəm. Xüsusilə də, müdafiəçilərimiz yarımmüdafiəçi kimi çıxış etdilər. "Zirə"ni bazar günü izləmişdim. Başqa heyətlə oynamışdılar. Onlarda 6 oyunçu fərqi var idi, bizdə isə eyni heyət idi. Yorğunluğumuz var idi.

- Sizin fikrinizcə, məğlubiyyətə səbəb hakim ola bilər? Ona çox tez-tez etiraz edirdiz...

- Bunu məğlubiyyətin səbəbi kimi adlandırmaq istəməzdim. O, öz işini görürdü, biz də. Eyni epizodları fərqli dəyərləndirirdi. 

- Styopa Mkrtçyanı gətirmədiyiniz üçün  peşmansız? Çünki Azərbaycan tərəfi onun təhlükəsizliyinə təminat vermişdi...

- Gətirə bilsəydik, gətirərdik. Sadəcə klubumuzun qərarı, mövqeyi belədir. Əmin olun ki, gətirsəydik, oynayacaqdı.

Mirbağırağa

Xəbər xətti