UEFA reytinqi: Azərbaycan 2 pillə gerilədi

09:55 - 16 Avqust 2024

Azərbaycan UEFA reytinqində geriləyib.

Sportal.az xəbər verir ki, ölkəmiz ötən həftə ilə müqayisədə iki pillə aşağı düşüb. Bu, avrokuboklarda III təsnifat mərhələsinin oyunlarından sonra baş verib.

Bu həftə Azərbaycan təmsilçilərindən "Qarabağ" "Ludoqorets"i məğlub edib, "Zirə" "Osiyek"lə bərabərə qalıb, "Sabah" isə "Sent Patriks Atletik"ə uduzub. Qarabağ"ın qələbəsi 0,250, "Zirə"nin heç-heçəsi isə 0,125 əmsal qazandırıb.

Azərbaycan reytinqdə hazırda 18,875 xalla 26-cı yerdədir. 25-ci sırada Kipr, 27-ci pillədə isə Bolqarıstan qərarlaşıb.

Xəbər xətti