Ağcabədi şəhərində həvəskar komandalar arasında Azərbaycan Kubokunun final oyunu keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının (AHFF) 25 illiyinə həsr olunmuş yarışın həlledici görüşündə yerli “Olimpiya” komandası “Salyan 2018” kollektivi ilə qarşılaşıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən “Olimpiya” kubokun qalibi olub.
Mükafatları Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov, Qarabağ RFF-nin prezidenti Əliş Şərifov, Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının prezidenti Rüfət Əmirov, baş katibi Füzuli Nəcəfov, Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru Əfqan Həmzəyev və futbol veteranı Asif Əliyev təqdim ediblər.
saytlarin hazirlanmasi