Azərbaycan çempionu ÇL-də mübarizəyə başlayır

10:29 - 21 Avqust 2024

Bu gün "Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə başlayacaq.

Sportal.az xəbər verir ki, H qrupunda yer alan Vitali Borisovun rəhbərlik etdiyi kollektiv ilk görüşünü Şimali İrlandiyanın "Sparta Belfast" klubuna qarşı keçirəcək.

İsveçin Uddevalla şəhərində baş tutacaq oyuna Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" sabah Estoniya çempionu “Sillamae Silla”, avqustun 24-də isə İsveçin “Uddevalla” klubu ilə üz-üzə gələcək.

Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.

Xəbər xətti