Azərbaycanın minifutbol üzrə U-23 millisinin baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, yığma Rəcəb Fərəczadəyə tapşırılıb. Bu barədə Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis oktyabrın 7-10-u aralığında Xorvatiyada keçiriləcək dünya çempionatında komandaya rəhbərlik edəcək. R.Fərəczadənin köməkçiləri Tural Nərimanov və Natiq Kərimi təyin olunub.
saytlarin hazirlanmasi