"Sabah" Litva klubunu məğlub etdi

09:34 - 4 Sentyabr 2024

Azərbaycan çempionu “Sabah” Litvada təlim-məşq toplanışı çərçivəsində üçüncü yoldaşlıq görüşünü keçirib.

Sportal.az xəbər verir ki, “bayquşlar” yerli “Majeykyay” klubu ilə qarşılaşıb və 76:57 hesabı ilə qalib gəlib.

Bundan əvvəl Rimas Kurtinaitisin komandası Almaniyanın “Rostok Seavulvs”u (72:71) və Litvanın “Neptunas” klubunu  (82:71) üstələmişdi.

Xatırladaq ki, "Sabah" Çempionlar Liqasının təsnifat mərhələsində iştirak edəcək. Həmin matçlara isə sentyabrıın 17-də start veriləcək. 

Xəbər xətti