"Sumqayıt" monteneqrolu müdafiəçi transfer etdi - RƏSMİ

21:34 - 4 Sentyabr 2024

2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

Sportal.az xəbər verir ki, "kimyaçılar" monteneqrolu futbolçu Miloş Miloviç ilə 1+1 illik müqavilə imzalayıb. 29 yaşlı müdafiəçi komandada 95 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Sumqayıt” bugünə qədər Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç, Sərtan Taşqın, Silvanus Nimeli və Alan Diasın keçidini reallaşdırıb.

Xəbər xətti