Kriştiano Ronaldo: "Real" futbol tarixinin ən böyük klubudur"

21:59 - 10 Sentyabr 2024

"Real"ın sabiq futbolçusu Kriştiano Ronaldo açıqlama verib.

Sportal.az xəbər verir ki, portuqaliyalı hücumçu Madrid təmsilçisini futbol tarixinin ən böyük klubu adlandırıb:

"İnsanlar "Real"ın Çempionlar Liqasında şanslı olduğunu deyir. Amma bunun adı şans deyil, "Real" futbol tarixinin ən böyük klubudur. Orada oynadığım üçün çox xoşbəxtəm. Bu klubun tarixinda ən çox qol vuran futbolçu oldum, dörd dəfə Çempionlar Liqasını qazandım".

Qeyd edək ki, Kriştiano Ronaldo 2009-2028-ci illərdə "Real"da çıxış edib. 39 yaşlı forvard "kral klubu"nun heyətində keçirdiyi 438 rəsmi matçda 450 qol və 131 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti