"Beşiktaş" "Napoli"nin müdafiəçisini transfer etmək istəyir

20:33 - 12 Sentyabr 2024

"Napoli"nin müdafiəçisi Mario Rui karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Beşiktaş" portuqaliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul təmsilçisi 33 yaşlı sol cinah müdafiəçisi üçün "Napoli" ilə danışıqlar aparır. Təcrübəli oyunçu özü "Beşiktaş"da oynamağa isti yanaşır.

Qeyd edək ki, "Napoli" Mario Ruini 2017-ci ilin yayında "Roma"dan transfer edib. Portuqaliya millisinin sabiq üzvü bu mövsüm Neapol təmsilçisinin heyətində rəsmi oyunlarda iştirak etməyib.

Xəbər xətti