"Santuşun Azərbaycan millisində yaxşı işlər görəcəyinə çox inanıram, zamana ehtiyac var"

19:46 - 13 Sentyabr 2024

Azərbaycanda legioner həyatı yaşamış portuqaliyalı futbolçulardan Antonio Semedo Sportal.az saytına açıqlama verib.

Portuqaliyanın U-21 yığma komandasının və "Xəzər Lənkəran"ın da formasını geyinmiş Semedo Fernandu Santuşun millimizdəki işindən bəhs edib.

Onun sözlərinə görə, Santuş yaxşı mütəxəssisdir və zamanla hər şey daha yaxşı olacaq: 

"Fernandu Santuş tanınmış mütəxəssisdir və Portuqaliya ilə Avropa çempionluğunu yaşadı. Azərbaycan millisinə təyinatının uğurlu olacağını düşünürəm. Doğrudur, ilk iki görüşdə Azərbaycan millisi məğlub oldu. Lakin Azərbaycan millisinin yaxşı oynadığını deyə bilərəm. İsveçə və Slovakiyaya qarşı pis oynamadılar. Fernandu Santuş çox yaxşı məşqçidir və orada da uğurlu işlər görəcək. inanıram. Sadəcə olaraq, zamana ehtiyac var. Santuşun Azərbaycan millisində yaxşı işlər görəcəyinə çox inanıram. Azərbaycanda yaxşı oyunçular var. Santuş da zamanla futbolçuları daha da yaxından tanıyacaq".

Qeyd edək ki, futbolçu karyerasını başa vurmuş Semedo Portuqaliyanın U-21 yığması ilə yanaşı, "Kasa Pia", "Estrela Amadora", ÇFR Kluj, "Styaua", "Unirea", "Alki", "Xəzər Lənkəran" klublarında oynayıb.

Xəbər xətti