"Real"da Kurtua şoku: 2 həftə oynamayacaq

16:39 - 30 Sentyabr 2024

İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin qapıçısı Tibo Kurtua sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belçikalı qolkiper La Liqanın 8-ci turunun "Atletiko" ilə matçında (1:1) ayaq əzələsindən zədələnib. 32 yaşlı futbolçunun təxminən 2 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Xəbər xətti