"Beşiktaş"dan səfər qələbəsi - VİDEO

09:47 - 1 Oktyabr 2024

Türkiyə Super Liqasında 7-ci tura yekun vurulub.

Sportal.az xəbər verir ki, son oyun günündə "Beşiktaş" səfərdə "Kayserispor"un qonağı olub. Qarşılaşma İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 16-ya yüksəldən "Beşiktaş" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 3 xalı olan "Kayserispor" isə 17-ci yerdədir.

"Kayserispor" - "Beşiktaş" 0:3
Qollar:
Jedson Fernandeş, 56, Ciro İmmobile, 78 (pen), 90+1

Xəbər xətti