PFL rəsmisi Çexiyaya yollanacaq

16:18 - 1 Oktyabr 2024

Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, o, UEFA Millətlər Liqasının qrup mərhələsinin III turu çərçivəsində oktyabrın 11-də keçiriləcək Çexiya – Albaniya oyununun UEFA nümayəndəsi olacaq.

B Liqasının 1-ci qrupunun qarşılaşması Praqa şəhərində yerləşən “Etep Arena”da keçiriləcək.
 

Xəbər xətti