Türkiyə Super Liqasında oynamış futbolçu "Kəpəz"də - RƏSMİ

20:16 - 2 Oktyabr 2024

"Kəpəz" heyətinə yeni futbolçu cəlb edib.

Sportal.az xəbər verir ki, malili yarımmüdafiəçi Mahamadu Ba "sarı-göylər"in şərəfini qoruyacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. 

Mahamadu Ba karyerası ərzində Türkiyə klublarında forma geyinib. O, "Ərzurumspor", "Adana Dəmirspor", "İstanbulspor" və "Tuzlaspor" kimi komandalarda oynayıb. Ba "Ərzurumspor" və "İstanbulspor"un heyətində Türkiyə Super Liqasında çıxış edib.


Xəbər xətti