"Fiorentina" - "Milan" matçında 3 qol, qaçırılan penaltilər, qırmızı vərəqələr - VİDEO

10:50 - 7 Oktyabr 2024

İtaliya A Seriyasında 7-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, "Milan" səfərdə "Fiorentina"nın qonağı olub. Qarşılaşma Florensiya təmsilçiinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 10-a yüksəldən "Fiorentina" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. 11 xalı olan "Milan" isə 6-cı yerdədir.

"Fiorentina" - "Milan" 2:1
Qollar:
Yasin Adli, 35, Albert Qudmunsson, 73 - Kristian Pulişiç, 60
Qırmızı vərəqə: Raffaele Palladino (baş məşqçi) - Teo Ernandes, 90+6

Xəbər xətti