"Qarabağ"ın futbolçusu millinin heyətindən çıxarıldı

13:59 - 7 Oktyabr 2024

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycan millisinin heyətindən çıxarılıb.

Sportal.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, buna 27 yaşlı müdafiəçinin zədəsi səbəb olub.

Qeyd edək ki, yığma UEFA Millətlər Liqasının qrup mərhələsində oktyabrın 11-də Tallində Estoniya, 14-də isə Bakıda Slovakiya kollektivləri ilə qarşılaşacaq.

Xəbər xətti