Boksçumuz Avropa çempionatında bürünc medal qazandı

20:04 - 17 Oktyabr 2024

Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 23 yaşadək (U-23) boksçular arasında Avropa çempionatında ilk medalını rəsmiləşdirib.

Sportal.az xəbər verir ki, komandamızın aktivinə mükafatı Marjona Savriyeva yazdırıb.

50 kq çəkidə mübarizə aparan boksçumuz yarımfinalda Dominika Kuçjevska (Polşa) ilə üz-üzə gəlib. Görüşdə rəqib 4:1 (29:28, 29:28, 30:27, 30:27, 28:29) hesabı ilə qələbə qazandığından Savriyeva Avropa çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, yarımfinal mərhələsində yığmamızın daha 3 boksçusu rinqə çıxacaq.

Xəbər xətti