"Tottenhem" Avropa Liqası Liqa fazasının 4-cü turu çərçivəsində səfərdə "Qalatasaray"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, London təmsilçisi vacib oyundan öncə ciddi itkilərlə üzləşib.
Mərkəz müdafiəçisi Kristian Romero Premyer Liqanın "Aston Villa" ilə matçında zədələnib. Argentinalı futbolçu 10 gün yaşıl meydanlardan uzaq qalacaq.
Digər mərkəz müdafiəçisi Miki van de Ven də zədəlidir. Hər iki oyunçu İstanbuldakı görüşdə iştirak etməyəcək.
Qeyd edək ki, "Qalatasaray" - "Tottenhem" qarşılaşması 7 noyabr tarixində Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
saytlarin hazirlanmasi