"Vest Hem"in futbolçusu Mohammed Kudus İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Arsenal" qanalı vingeri transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Topçular" 24 yaşlı ön xətt oyunçusu üçün 83 milyon funt-sterlinq ödəməyə hazırdır. "Arsenal" qışda futbolçu üçün onun klubuna təklif göndərəcək.
Qeyd edək ki, "Vest Hem" Mohammed Kudusu ötən ilin yayında "Ayaks"dan transfer edib. Qana millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi