Hazırda Misli Premyer Liqasında turnir cədvəlində sonuncu pillədə yer alan “Səbail” transfer çalışmalarına start verib. Komandanın yeni baş məşqçisi Cavid Hüseynov qış “transfer pəncərəsi” zamanı heyətdə dəyişiklik etməy planlaşdırır.
Sportal.az saytına verilən məlumata görə, Hüseynov rəhbərlikdən minimum 3 futbolçunun transfer edilməsini istəyib. Artıq hazırda klub rəsmiləri üç legionerlə danışıqlar aparır.
"Səbail"in danışıq apardığı legionerlər arasında ötən mövsüm bu komandanın formasını geyinən oyunçular da var. Həmin transferlərin reallaşıb-reallaşmayacağı isə qış hazırlığı zaman bəlli olacaq.